Priqojin rus generallarla görüşdə Moskvaya yürüşlə hədələdi - VİDEO

 10:27 24.06.2023     420

Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojin Rostovdakı Cənub Hərbi Dairəsinin qərargahında Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovla görüşüb.

Redaktor.az UNİAN-a istinadla xəbər verir ki, Rusiyanın Teleqram kanallarında yayımlanan videodan da göründüyü kimi, o, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov və Rusiya Müdafiə Nazirliyinin rəhbəri Şoyqunu yanına gətirməyi tələb edir.

"Biz bura gəlmişik. Baş Qərargah rəisini və Şoyqunu tutmaq istəyirik. Gerasimov və Şoyqu gedənə qədər biz buradayıq, Rostov şəhərini tutmuşuq və Moskvaya gedirik", - Priqojin bildirib.

"Hər şeyi vuracağıq. Əgər onları göndərməsəniz. Çünki siz dinc əhaliyə atəş açırsınız, mülki insanları məhv edirsiniz, sadəcə insanların olduğu bir avtobusu məhv etdiniz və sizin vicdanınız yox idi" ,- "Vaqner"in lideri hədələyib. .

Qeyd edək ki, Putin hələ şəxsən vəziyyəti şərh etməyib, yalnız Peskov Rusiya Federasiyasının prezidentinin baş verənlərdən xəbərdar olduğunu deyib.

Tunar Altunbay