Rusiya Müdafiə Nazirliyi "Vaqner" döyüşçülərini təslim olmağa çağırdı

 10:39 24.06.2023     366

Rusiya Müdafiə Nazirliyi "Vaqner"in döyüşçülərinə müraciətiətində cinayət avantürasına düşdüklərini bəyan edib və onları silahlı qiyamda iştirakdan imtina etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“"Vaqner" hücum dəstələrinin döyüşçülərinə müraciət edirik. Priqojinin cinayətkar macərasına və silahlı üsyanda iştirakına aldandınız. Bir çox yoldaşlarınız öz daimi dislokasiya məntəqələrinə təhlükəsiz qayıtmaq üçün kömək istəməklə öz səhvlərini artıq başa düşüblər”, - nazriliyin bəyanatında qeyd edilib.

Bəyanatda müraciət edən bütün döyüşçülərə və komandirlərə artıq hər cür yardım göstərildiyi vurğulanıb.

“Sizdən ehtiyatlı olmanızı və mümkün qədər tez Rusiya Müdafiə Nazirliyinin və ya hüquq-mühafizə orqanlarının nümayəndələri ilə əlaqə saxlamağınızı xahiş edirik. Biz hər kəsin təhlükəsizliyinə zəmanət veririk”, - deyə bəyanatda qeyd olunub.

Tunar Altunbay