Trampın məhkəməsi dekabra qədər təxirə salınacaq

 10:51 24.06.2023     424

Məxfi sənədlərin səhv idarə olunması üzrə xüsusi müşavir Cek Smit ABŞ-ın keçmiş prezidenti Donald Trampın məhkəməsinin təxirə salınmasını istəyib.

Redaktor.az xəbər verir ki, bu barədə "Reuters" məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Bildirilir ki, xüsusi prokuror federal hakimdən Trampın məxfi sənədlərlə düzgün rəftar edilməməsi ilə bağlı məhkəmə prosesinin dekabrın 11-dək təxirə salmağı xahiş edib.

Əvvəl isə deyilirdi ki, federal hakim Eileen Kannon Trampın məhkəməsini avqustun 14-nə təyin edib.

Tunar Altunbay