Putin Rusiya vətəndaşlarına müraciət etdi - VİDEO
Şənbə günü, iyunun 24-də Rusiya prezidenti Vladimir Putin RosTB-də çıxış edərək, Vaqner PMC-nin rəhbəri Yevgeni Priqojinin Rusiya Federasiyasında təşkil etdiyi üsyanı “kürəyindən bıçaq zərbəsi” adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
“Birliyimizi parçalayan hərəkətlər, əslində, dönüklükdür. Bu, bizim ölkəmizə və xalqımıza arxadan vurulan bıçaqdır. Eyni zərbə 1917-ci ildə də vurulub... Ruslar rusları, qardaş qardaşı öldürdü və xarici qüvvələr bundan faydalandı", - Putin deyib.
O, dünən axşamdan etibarən Rusiyada baş verən xəyanəti adlandırıb və dövləti daxili xəyanətdən qoruyacağına söz verib.
Yəni Putin Priqojinin hərəkətini xəyanət adlandırıb. Eyni zamanda müraciət zamanı onun soyadı bir dəfə də olsun qeyd olunmayıb.
Rusiya prezidenti Priqojini hədələyib:
"Qəsdən üsyan yoluna qədəm qoyan hər kəs qaçılmaz cəzaya məruz qalacaq. Onlar həm qanun qarşısında, həm də xalq qarşısında cavab verəcəklər".
O, üsyan iştirakçılarını “cinayət əməllərində” iştirakdan əl çəkməyə, “ölümcül səhvə yol verməməyə” çağırıb.
"Hədsiz ambisiyalar və şəxsi maraqlar həm öz ölkəsinə, həm də xalqına xəyanətə gətirib çıxarıb", - deyən Rusiya Prezidenti “vaqnerçi"ləri də “qəhrəman” adlandırıb və onların Ukraynadakı “nailiyyətlərini” – Soledarın alınmasını və Baxmut uğrunda döyüşləri xatırladıb.
Putin həmçinin çıxışında Rostov-na-Donuda vəziyyətin “çətin” olaraq qaldığını bildirib.
Tunar Altunbay