Yaponiyalı milyarder dünyanı ələ keçirməyi planlaşdırır

 12:42 24.06.2023     617

“SoftBank” texnologiya və maliyyə korporasiyasının rəhbəri, yaponiyalı milyarder Masayoşi Son süni intellekt texnologiyasından istifadə edərək "dünyanı ələ keçirmək" planlarını açıqlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə “Fortune” nəşri məlumat yayıb.

“Mən süni intellektə sərmayələrimdə çoxlu səhvlər etdim, bəziləri bu günə qədər də məni çaşdırır. Ancaq bu uğursuzluqlar arasında çox tezliklə "çiçək açacaq bir neçə qönçə" də var. Sonda dünyanı biz idarə edəcəyik”,- deyə o bildirib.

Sonra o, etiraf edib ki, “ChatGPT" süni intellekt elementləri olan çatbotun pərəstişkarıdır və süni intellekt Yapon texnologiya şirkətinin böhran dövrünün öhdəsindən gəlməyə kömək edəcək.

“Mən hər gün “ChatGPT” ilə əlaqə saxlayıram. Demək olar ki, hər gün “OpenAl”ın yaradıcısı Sem Altmanla ünsiyyət qururam ”, - deyə iş adamı qeyd edib.

“SoftBank”ın təsisçisi əlavə edib ki, indi korporasiya bazarda özünü "daha da aqressiv" aparacaq. İndi o, “SoftBank” Yaponiya holdinqinə daxil olan Britaniya çip istehsalçısı “Arm”ın səhmlərinin kütləvi alışına hazırlaşır. Yapon sahibkarın sözlərinə görə, generativ süni intellektin inkişafı sayəsində çip istehsalçılarına maraq kəskin şəkildə artır.

“Arm” mobil çip bazarında üstünlük təşkil edir və demək olar ki, hər bir smartfon çipi onun arxitekturasından istifadə edir.

“SoftBank” “Arm”ı 10 milyard dollar dəyərində qiymətləndirir.

Arzu İSMAYIL