Rusiyada məzun mərasimləri təxirə salındı

 13:32 24.06.2023     880

Moskvanın Qorki parkında keçirilən buraxılış mərasimi antiterror əməliyyatı rejiminin tətbiqi ilə əlaqədar bir həftə təxirə salınıb.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Moskva Təhsil və Elm Departamentinin mətbuat xidmətindən məlumat verilib.

"Terror əleyhinə əməliyyat rejiminin tətbiqi ilə əlaqədar məktəblərdə buraxılış şənlikləri və Qorki parkında ümumşəhər buraxılış mərasimi bir həftə təxirə salınıb. Tədbirlər gələn şənbə, iyulun 1-də eyni vaxtda keçiriləcək",- deyə məlumatda qeyd edilib.

Tunar Altunbay