Rostovun ardınca "Vaqnerçi"lər Voroneji tutdular
Rusiyanın Voronej şəhərindəki hərbi obyektlər və inzibati binalar “Vaqnerçi”lərin nəzarətinə keçib.
Redaktor.az bildirir ki, “Reuters”in Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrinə istinadən verdiyi məlumata görə, Voronej artıq Yevgeni Priqojinin ordusunun nəzarətində olan Rostovun taleyini yaşayıb.
Maraqlıdır ki, terrorçu İqor Qirkin də "Vaqner"in Voronejə Rusiya ordusunun müqaviməti olmadan daxil olduğunu təsdiqləyib.
Voronejin alınması üsyançıların Moskvaya yolunu açır.
İyunun 23-də "Vaqner" muzdlularının Yevgeni Priqojin bildirib ki, nizami Rusiya ordusu müdafiə naziri Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Gerasimovun əmri sayəsində onun onun silahlı dəstəsinə qırıcılardan raket zərbələri endirib.
Priqojin Şoyqudan qisas alacağını bəyan edib və ordusu ilə Rostovu tutub.
Britaniya kəşfiyyatı bildirib ki, "Vaqnerçilər" Moskvaya hücuma hazırlaşır və üsyanın taleyi Milli Qvardiyanın reaksiyasından asılıdır.
Rusiya prezidenti Putin vətəndaşlara və təhlükəsizlik qüvvələrinə müraciət edərək üsyançıları yatırmağa çağırıb.
Tunar Altunbay