"Vaqner" Belqorodu da hədəfə aldı - Vilayətə girişə nəzarət gücləndiriləcək
Rusiyanın Belqorod vilayətinin hakimiyyət orqanları "Moskva"ya yürüş edən "Vaqnerçi"lərin qarşısını almaq üçün bölgəyə girişə nəzarəti gücləndirəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov özünün "Telegram" kanalında məlumat verib.
"Biz məlum səbəblərə görə bütün Belqorod vilayəti üzrə girişə nəzarəti gücləndirəcəyik. Bu işi Daxili İşlər Nazirliyi və Rusiya Qvardiyası həyata keçirəcək. Lazım gələrsə, Belqorod özünümüdafiə qüvvələrimiz də cəlb olunacaq",- o yazıb. .
Qladkov qeyd edib ki, iyunun 24-də gün ərzində buraxılış mərasimi keçiriləcək, hüquq-mühafizə orqanları, dövlət və bələdiyyə orqanları öz iş yerlərindədirlər.
O, həmçinin bildirib ki, Şebekino və Novaya Tavoljankaya giriş saat 18:00-dan 06:00-a kimi bağlanacaq.
Tunar Altunbay