Moskva çayı üzərində hərəkət dayandırıldı - Şəhərə giriş məhdudlaşdırıldı

 15:00 24.06.2023     763

Moskva çayı üzərində nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Redaktor.az TASS-a istindla xəbər verir ki, təhlükəsizlik məqsədi ilə şəhərə giriş məhdudlaşdırılıb.

Şəhər rəhbərliyi sakinləri bundan narahat olmamağa və panikaya düşməməyə çağırıb. 

Qeyd edək ki, Putinin keçmiş aşbazı Yevgeni Priqojin Rusiya hərbçilərinin onun rəhbərlik etdiyi “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib.

O deyib ki, bütün zəruri tədbirlər görüləcək.

Tunar Altunbay