Zelenski Rusiya hadisələrindən danışdı

 14:48 24.06.2023     233

“Şərin yolunu tutan hər kəs özünü məhv edir. Uzun müddət Rusiya öz zəifliyini və hökumətin axmaqlığını maskalamaq üçün təbliğat apardı. Amma indi elə bir xaos var ki, onu heç bir yalan gizlədə bilməz”. 

Redaktor.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada baş verənlərə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Rusiyanın zəifliyi açıq-aydındır: “Tammiqyaslı zəiflik. Və Rusiya nə qədər ki, öz ordusunu və muzdlularını bizim torpaqlarda saxlayacaq, o qədər də sonradan xaos, ağrı və problemi olacaq. Bu da indidən aydındır. Ukrayna Avropanı rus şəri və xaosundan qorumağa qadirdir. 

Biz öz dayanıqlılığımızı, birliyimizi və gücümüzü qoruyuruq. 

Bütün komandirlərimiz, əsgərlərimiz nə etməli olduğumuzu bilir.

Yaşasın Ukrayna”. 

Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında “Vaqner” özəl hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyi rəhbərliyinin əmri ilə helikopterlərdən muzdluların düşərgələrinə raket zərbəsi endirildiyini bildirib.

Priqojin bunun qisasını alacağını açıqlayıb. Rostov-na-Donuya qoşun yeridən Priqojin Moskvaya doğru irəliləyəcəyini bildirib.