Polşa Prezidenti ordunun yüksək səviyyəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi əmrini verib

 14:39 24.06.2023     223

Rusiyada “Vaqner” Xüsusi Hərbi Şirkətinin qiyamı ilə əlaqədər olaraq Polşa ordusu yüksək səviyyəli döyüş hazırlığı vəziyyətinə gətirilir.

Redaktor.az xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda əmr verib.

Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.