Rusiya aviasiyası mülki avtomobili "Vaqner"in hesab edib vurdu - VİDEO

 16:15 24.06.2023     669

Hazırda döyüşlərin getdiyi Rusiya Federasiyasının Voronej vilayətində Rusiya aviasiyası şossedə mülki avtomobilləri vurub.

Redaktor.az "Reuters"ə istinadla bildirir ki, hava hücumu anı videoya düşüb.

Yerli ictimaiyyət sürücü və sərnişinin hadisə yerində dünyasını dəyişdiyini bildirir.

Videodan görünür ki, raket zərbəsi endirilən zaman hərbi texnika yük maşınının onlarla metrliyində dayanıb. 

Hərbi müxbirlər ehtimal edir ki, Rusiya aviasiyası yük maşını ilə Rusiyanın hərbi rəhbərliyini “dayandırmaq” üçün hazırda Moskvaya doğru hərəkət edən “Vaqneri”in texnikasını qarışdırıb.

Hazırda Rostovda və Voronejdə şiddətli döyüşlər gedir.

Tunar Altunbay