Ərdoğan telefonda Putinə dəstəklədiyini dedi
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Redaktor.az xəbər verir ki, məlumatı Kreml yayıb.
Bildirilib ki, Rusiya Prezidenti silahlı qiyama cəhdlə bağlı Türkiyə Prezidentini məlumatlandırıb.
Rəcəb Tayyib Ərdoğan Rusiya rəhbərliyini tam dəstəklədiyini bildirib.
Xatırladaq ki, "Vaqner" Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində mövcud hadisələri xəyanət kimi qiymətləndirib. O deyib ki, bütün zəruri tədbirlər görüləcək.