Əhali "Vaqnerçi"lərin ələ keçirdiyi ərazilərdən qaçır - VİDEO
Yerli media xəbər verir ki, Rostov-na-Donudakı stansiyalar şəhəri tərk etmək istəyənlərlə dolub.
Redaktor.az xəbər verir ki, şəhərətrafı dəmir yolu vağzalında böyük növbələr müşahidə olunur.
Rayon hökumətindən verilən məlumata görə, avtovağzal normal rejimdə işləyir.
Hökümətin mətbuat xidmətindən verilən məlumata görə, nəqliyyatın hərəkəti müvəqqəti bağlı olan istiqamətlərə bilet satışı dayandırılıb.
Xatırladaq ki, Rostov hazırda “Vaqner” muzdlularının nəzarəti altındadır.