Rus elitası təşvişlə Moskvanı tərk edir - Təyyarə biletləri 20 dəfə bahalaşdı
"Vaqner" muzdlularının Rusiya hərbi rəhbərliyini "dayandırmaq" üçün paytaxta doğru hərəkətlərini davam etdirməsi xəbəri ilə qorxuya düşən rus oliqarxları və siyasətçiləri, o cümldədn elitası Moskvanı tərk edir.
Redaktor.az UNİAN-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Putinin "İl96-300PU" təyyarəsi Moskvadan Sankt-Peterburq istiqamətində havaya qalxıb və orada orduya nəzarət üçün avadanlıq quraşdırılıb.
Təyyarə daha sonra Tver yaxınlığında radardan idib.
Bundan əlavə, ikinci prezident təyyarəsi "Tu-214PU" Moskvadan Sankt-Peterburqa 14:44-də uçub və Qatçina üzərində radardan itib.
Rusiya Prezidentindən əlavə, rus elitası da Moskvanı tərk edir, onların bəziləri artıq Rusiya Federasiyasının hüdudlarından kənara eniblər. Məsələn, baş nazirin müavini Denis Manturov "Vaqner"in üsyanı fonunda təşviş içində Moskvadan Türkiyəyə uçub.
Bu arada, şəxsi təyyarələri olan rus elitaları kütləvi şəkildə Moskvanı tərk edir.
Rusiyada adi sakinlər üçün hava nəqliyyatı qiymətləri 20 dəfə artıb.
Bir-iki köçürmə ilə cəmi bir neçə bilet qalıb.
Misal üçün, adətən 10min rubla (118,17) olan İrəvana birbaşa uçuş hazırda 198.000 rubla (2339,73 dollar) başa gəlir .
Moskva sakinləri hətta təyyarəyə tez minmək üçün öz yük çantalarını aeroportda buraxır.
Öz növbəsində, "Vaqner"in ələ keçirdiyi Rostov-na-Donudakı stansiyalar şəhəri tərk etmək istəyənlərlə doludur. Şəhərin dəmir yolu və avtovağzalları adamla doludur, nəqliyyat çatışmır.
Qorxmuş rostovlular sadəcə şəhəri tərk etmək üçün istənilən istiqamətə getməyə üstünlük verirlər.
Tunar Altunbay