Priqojin "Vaqner"in silahlı üsyanını təxirə saldı - VİDEO

 22:09 24.06.2023     1068

“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Moskvaya hücumu dayandırıb və qoşunun geriyə, səhra düşərgələrinə yola düşdüklərini açıqlayıb.

Redaktor.az TASS-a istinadla bildirir ki, bu barədə “Vaqner”in rəhbəri "Telegram" kanalında bildirib.

“Tərəflərdən birində rus qanının töküləcəyinə görə bütün məsuliyyəti dərk edərək, plana uyğun olaraq əks istiqamətdə səhra düşərgələrinə yola düşürük".

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenkonun mətbuat xidməti xəbər verib ki, Belarus prezidenti Aleksandr Lukaşenka Priqojinlə danışıqlar aparıb, nəticədə “Vaqner” şirkətinin silahlı şəxslərinin Rusiya ərazisində hərəkətinin dayandırılması barədə razılıq əldə olunub.

Həmçinin “vəziyyətin həlli” variantı hazırlanıb ki, bura hərbi şirkətin döyüşçüləri üçün təhlükəsizlik zəmanətləri də daxildir.

Tunar Altunbay