Zelenski ruslara müraciət etdi: "Putin artıq Moskvada deyil"

 22:49 24.06.2023     636

"Ruslar nə qədər uzun müddət fəaliyyətsiz qalsalar, dövlətləri bir o qədər dağılacaq".

Redaktor.az "RBC-Ukrayna"ya istinadla xəbər verir ki, bunu axşam videomüraciəti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya vətəndaşlarına rus dilində müraciəti zamanı deyib.

"Rusca deyəcəyəm. Kremldən olan adam (Vladimir Putin - red.) açıq-aydın çox qorxur və yəqin ki, hardasa gizlənir, görünmür. Əminəm ki, o, artıq Moskvada deyil. Harasa zəng edir, orada nəsə yalvarır... O, nədən qorxduğunu bilir, çünki bu təhlükəni özü yaradıb. Bütün pislikləri,bütün itkiləri,bütün nifrətləri özü yayır. O, bunkerləri arasında nə qədər çox qaça bilsə, bir o qədər çox itirəcəksiniz... Rusiya ilə əlaqəsi olan hər kəs”, - deyə Zelenski bildirib.

O vurğulayıb ki, ruslar hərəkətə keçməlidir, çünki ölkələrinin gələcəyi onlardan asılıdır.

"Bəs siz nə edəcəksiniz? Qoşunlarınız Ukrayna torpaqlarında nə qədər çox qalarsa, sonradan Rusiyaya daha çox dağıntı gətirəcək. Bu şəxs Kremldə nə qədər çox qalsa, bir o qədər fəlakətlər olacaq", - prezident vurğulayıb.

Turan İSMAYIL