"Belarusa yerləşdiriləcək nüvə silahlarına nəzarəti özümüzdə saxlayırıq" - Lavrov

 23:22 24.06.2023     231

Rusiya Belarus ərazisində yerləşdiriləcək nüvə silahlarına nəzarəti özündə saxlayır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası və Belarus Respublikası İttifaq dövlətinin üzvləri kimi ölkəsinin taktiki nüvə silahlarının bir hissəsinin Belarus ərazisində yerləşdirilməsi barədə razılığa gəlmək hüququna malikdirlər.

"Biz müttəfiqimizin ərazisinə yerləşdiriləcək silahlara nəzarəti özümüzdə saxlayırıq", - o vurğulayıb.

Nazir iddia edib ki, Rusiya nüvə silahının yerləşdirilməsi ilə bağlı heç bir beynəlxalq öhdəliyi pozmur, ona görə ki, silahdan istifadəyə tam nəzarət edən Rusiya Federasiyasıdır.

Xatırladaq ki, mayın sonunda Rusiya Federasiyası və Belarusun müdafiə nazirləri Belarusda Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi haqqında sənəd imzalayıblar. Xüsusən də Moskva Minskə nüvə başlığı ilə raketlər buraxmağa qadir olan “İsgəndər-M” raket sistemini təhvil verməyi planlaşdırır.

Turan İSMAYIL