“Vaqner” qüvvələri Rostovu tərk edir - VİDEO

 23:50 24.06.2023     395

“Vaqner” hərbçiləri Rostov-Dondan çəkilməyə hazırlaşır.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, Cənub Hərbi Dairəsinin qərargahı yaxınlığında üsyançıların tankları toplanır, sursatlar yüklənir.

Hərbi qiyamın dayandırılması elan edildikdən sonra Rostov küçələrində vəziyyət kəskin şəkildə dəyişib.

Bildirilir ki, yerli sakinlər döyüşçülərlə “yadigar olaraq” selfi çəkirlər.