Xlorlu su 12 nəfərin zəhərlənməsinə səbəb oldu

 10:00 25.06.2023     471

ABŞ-ın Texas ştatında hovuzda xlordan 12 nəfər zəhərlənib.

Redaktor.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Hadisə dünən axşam saatlarında Amerikanın Texas ştatının Hyuston şəhərində baş verib. İlkin məlumatlara görə, zərərçəkənlər arasında uşaqlar da var.

Şəhərin xilasetmə xidmətinin rəhbəri Samuel Penyanın sözlərinə görə, buna səbəb hovuzun həddindən artıq xlorlanması ola bilər. Hazırda sızmanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Arzu İSMAYIL