ABŞ-ın elektrik təyyarə layihəsi boşa çıxdı

 09:47 25.06.2023     235

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) yaradılmış prototipi sınaqdan keçirmədən "X-57" elektrik təyyarəsi layihəsini bağlamaq qərarına gəlib.

Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bu barədə cümə günü NASA-nın sözçüsü Bredli Flik keçirdiyi mətbuat konfransında bildirib.

"Təəssüf ki, biz bu yaxınlarda təyyarənin hərəkət sistemində potensial nasazlıq aşkar etdik. Bu nasazlıq pilot və texniki qulluqçular üçün yolverilməz risk yarada bilər. Bu nasazlığın aradan qaldırılması layihənin  əhəmiyyətli dərəcədə ləngiməsinə səbəb olacaq. Buna görə də NASA layihəni uçuş sınağı keçirmədən başa çatdırmaq qərarına gəlib”,- deyə Flik bildirib.

Xatırladaq ki, NASA 2016-cı ildə elektrik təyyarəsi layihəsi üzərində iş gördüyünü açıqlayıb. Sınaq uçuşu artıq 2017-ci ilə planlaşdırılsa da, dəfələrlə təxirə salınıb. Yanvar ayında NASA rəhbəri Bill Nelson prototipin 2023-cü ildə sınaqdan keçiriləcəyini bildirib.

Tunar Altunbay