Ukraynada işğalçılar növbəti dəhşətli sutkanı yaşadılar - 720 canlı itki

 11:11 25.06.2023     875

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 224630 (+720) nəfər canlı qüvvəsi, 4030 (+6) tank, 7806 (+2) ədəd zirehli döyüş maşını, 4034 (+19) ədəd artileriya sistemi, 624 (+5) reaktiv yaylım atəşi sistemi, 385 (+2) hava hücumundan müdafiə sistemi, 314 (+0) təyyarə, 308 (+0) helikopter, 3472 (+12) PUA, 1269 (+41) qanadlı raket, 18 (+0) gəmi, 6734 (+4) avtomobil texnikası və avtosistern, 552 (+4) xüsusi texnikası məhv edilib.

Tunar Altunbay