"Son vaxtlar gecələr də işləyirəm" - Putin
Rusiya prezidenti Vladimir Putin xüsusi əməliyyat zamanı vəziyyətə gecə-gündüz nəzarət etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısı “Rossiya-1” telekanalının efirində iyunun 21-də Moskva Kremlə müsahibəsində danışıb.
"Əlbəttə, mən hər şeyi diqqətdə saxlayıram. Gün bununla başlayır və bununla bitir", - Putin vurğulayıb.
"Məsələn, səhər saat üçdə vacib məsələlərlə bağlı hesabat alırsızmı?",- sualına cavab olaraq Prezident deyib ki, son vaxtlar kifayət qədər gec alır:
"Əlbəttə, mən həmişə əlaqə saxlamalıyam. Və belə də olur. Mənimlə həmişə əlaqə saxlanılmalıdır", - deyə o, yekunlaşdırıb.
Tunar Altunbay