ABŞ Priqojinin planları barədə xəbərdar olub

 15:51 25.06.2023     498

""Amerika kəşfiyyatı "Vaqner"in rəhbəri Yevgeni Priqojinin planları və iyunun ortalarında mümkün üsyanı haqqında əvvəldən xəbərdar olub, bundan sonra dərhal Ağ Evə və ABŞ-ın digər dövlət qurumlarına məlumat veriblər"

Redaktor.az xəbər verir ki, bu barədə şənbə günü ABŞ rəsmilərinə istinadən The Washington Post qəzeti yazıb.

Bildirilir ki, ABŞ kəşfiyyat orqanları gözlənilən üsyanla bağlı kəşfiyyat məlumatı aldıqdan sonra təcili olaraq Ağ Evə, eləcə də digər dövlət qurumlarına, o cümlədən Pentaqona, Dövlət Departamentinə və Konqresə məlumat verib.

Qəzetin həmsöhbətlərindən biri deyib: "Rəhbərliyin nəyinsə baş verdiyini başa düşməsi üçün kifayət qədər siqnallar var idi. Ona görə də düşünürəm ki, ABŞ səlahiyyətliləri buna hazırdılar.

Qeyd olunur ki, Priqojinin dəqiq fəaliyyət planı, eləcə də onların dəqiq vaxtı qeyri-müəyyən olaraq qalıb.

Bundan əvvəl "CNN"  ABŞ kəşfiyyatının Konqresdəki qanunvericilərə "Vaqner"in Rusiya sərhədi yaxınlığında cəmlənməsi barədə xəbərdarlıq etməsi barədə məlumat yayıb.

Arzu İSMAYIL