“Vaqner” rəhbərinin yeri bilinmir

 17:21 25.06.2023     459

““Vaqner” Xüsusi Hərbi Şirkətin rəhbəri Yevgeni Priqojin hələ ki heç kimlə əlaqə saxlamır”.

Redaktor.az BBC-yə istinadən xəbər verir ki, bunu onun Mətbuat xidməti bildirib.

“Yevgeni Priqojin hamını salamlayır, normal əlaqə yarananda bütün suallara cavab verəcəyini deyir”, - Mətbuat xidmətindən qeyd olunub.

Məlumata görə, Y.Priqojini sonuncu dəfə iyunun 24-də Rostov-Donda avtomobildə gedərkən görüblər. Hazırda onun harada olduğu bilinmir.