Putinin yaxın adamı Şoyqunu əvəzləyəcək

 20:15 25.06.2023     307

Yaxın vaxtlarda Rusiya Müdafiə Nazirliyinin yeni rəhbəri vəzifəsinə Putinin keçmiş mühafizəçisi Aleksey Dyumin təyin olunacaq.

Redaktor.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Sergey Şoyqu Rusiyanın müdafiə naziri vəzifəsindən azad ediləcək. 

Dyumin indi Tula vilayətinin qubernatorudur.

Rusiya mediası yazır ki, dünən, Dyumin Prigojin ilə danışıqlara gedib və qiyamı dayandırmaq üçün onunla razılaşıb, lakin Dyumin administrasiyası bu məlumatı təkzib edir.

Qeyd olunur ki, hazırda Gerasimovun tutduğu Baş Qərargah rəisi postunu isə Aerokosmik Qüvvələrin Ali Baş Komandanı Sergey Surovıkin ala bilər.