İsrail Ukrayna səfirini töhmətləyəcək

 22:30 25.06.2023     390

İsrail Xarici İşlər Nazirliyi nota vermək vermək üçün Ukrayna səfiri Yevgeni Korniyçuku çağırmağı planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə iyunun 25-də The Jerusalem Post (JP) məlumat yayıb.

Bu barədə qərarın səfirin İsrail hakimiyyətinin Kiyevə silah verməkdən imtinasını tənqid etməsindən və onların siyasətini “əxlaqsızlıq” adlandırmasından sonra verildiyi vurğulanır.

Xarici İşlər Nazirliyi Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuku səfirliyin İsrail siyasətinə qarşı sərt bəyanat yaymasından sonra töhmət üçün çağırmağı planlaşdırır.

Ukrayna səfirliyinin müvafiq bəyanatı ötən gün dərc edilib.

Qeyd olunub ki, “İsrail rəhbərliyi öz bitərəfliyi ilə bağlı şifahi demaqogiya pərdəsi altında Rusiya ilə fəal əlaqələr qurur” və bu, Ukrayna tərəfində təəssüf doğurur.

Qeyd olunur ki, Korniyçukun bəyanatları İsrailin baş naziri Benyamin Netanyahunun ötən həftə nəşrə verdiyi müsahibədə İsrailin Ukraynaya hərbi yardım etməməsinin səbəblərini açıqlamasından sonra verilib.

Orada Netanyahu İsrailin Ukraynaya humanitar yardımından danışıb və həmçinin qeyd edib ki, İsrailin Rusiya ilə koordinasiyasını davam etdirə bilməsi vacibdir.

Sözügedən müsahibə iyunun 22-də dərc olunub.

Daha sonra Netanyahu bildirib ki, Qərbin Ukraynaya verdiyi silahlar artıq İsrail sərhədlərində peyda olur. O qeyd edib ki, İsrail Kiyevə veriləcək silah sistemlərinin İranda tərəfindən Təl-Əvivə qarşı istifadə oluna biləcəyindən narahatdır.

İki gün əvvəl Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak İsrail hakimiyyətini Ukrayna münaqişəsi ilə bağlı “bitərəflikdə” qınayıb və Təl-Əvivi Kiyevə daha geniş yardım göstərməyə çağırıb.

İyunun 19-da İsrail Müdafiə Nazirliyi bir sıra KİV-in Merkava tanklarının Kiyevə ötürülməsi ilə bağlı xəbərlərini təkzib edib.

Tunar Altunbay