"ABŞ Rusiyada daha çox qan tökülməsini gözləyirdi..." - CNN

 23:05 25.06.2023     703

ABŞ-ın kəşfiyyat analitiklərinə görə, Yevgeni Priqojinin "Vaqner" qoşunlarının Moskvaya yürüşünün daha sərt müqavimətlə qarşılaşacağı və  bu qiyam zamanı daha çoxs qanın töküləcəyi gözlənilirdi.

Redaktor.az bildirir ki, CNN-in yazdığına görə,  ABŞ rəsmisi Rusiyanın ordusunun Rostovdan Moskvaya doğru irəliləyərkən Vaqnerin qoşunlarına qarşı daha yaxşı müqavimət göstərə bilməməsinin təəccüblü olduğunu bildirib.

ABŞ rəsmisinin sözlərinə görə, bu vəziyyəti daha da çətinləşdirən, Kremlin fikrincə, Belarusun vasitəçiliyi ilə 24 iyun şənbə günü bağlanan sövdələşmənin sürətidir.

Nəhayət, ABŞ rəsmiləri Moskva uğrunda gözlənilən şiddətli müqavimətin olmamasından kədərləniblər.

Daha əvvəl deyilridi ki, ABŞ kəşfiyyatçılarda Priqojinin qiyamı barədə məlumat olub.

Tunar Altunbay