"Vaqnerçi"lərin aqibəti necə olacaq? - Dumadan AÇIQLAMA

 23:25 25.06.2023     765

Rusiya Federasiyasının Dövlət Duması bildirib ki, qiyamdan sonra "Vaqner" bölmələri ləğv ediləcək,  bəzi döyüşçülər isə könüllü şəkildə Müdafiə Nazirliyinin tabeliyimnio qəbul olunacaqlar..

Redaktor.az xəbər verir ki, Rusiyanın “Rise” saytının məlumatına görə,  Dövlət Dumasının Müdafiə Komitəsinin üzvü Viktor Sobolevin fikrincə, muzdluların Belarusda Priqojinin rıəhbərliyi altında xidmətə getməsinə icazə veriləcəyi ehtimalı azdır.

"Birbaşa üsyanda iştirak etməyənlər istəsələr, Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb Ukrayna ilə müharibəyə qoşula biləcəklər. Hələlik onların taleyi bəlli deyil, amma cinayət məsuliyyətinə cəlb edilməyəcəklər”, - deyə o bildirib.

Eyni zamanda o, qiyamda iştirak edən muzdluların, “evə göndəriləcəyini” təklif edib.

"Əlamətlərini nəzərə alsaq, onlar cinayət məsuliyyətinə cəlb edilməyəcəklər. Rəsmi olaraq mən bunu Peskovdan aydın eşitmişəm",- Sobolev deyib.

Tunar Altunbay