Almaniyanın Kiyevə verməyə "F16" qırıcı təyyarəsi yoxdur

 23:49 25.06.2023     258

"Almaniya Ukraynaya F-16 qırıcılarının tədarükündə “ön planda” ola bilməz, çünki yoxdur".

Redaktor.az "Der Spiegel" nəşrinə istinadla xəbər verir ki,  bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

“Biz "koalisiya"da deyilik, çünki bizdə F-16 qırıcıları yoxdur", - Pistorius Aşağı Saksoniyada keçirilən SPD partiyasının konfransında bildirib.

Onun sözlərinə görə, Bundesver Ukraynanın tələb etmədiyi "Eurofighter" və "Tornado" təyyarələrindən istifadə edir. O, həmçinin qeyd edib ki, “koalisiya”ya dəstək böyük resursların sərmayəsini tələb edir və onu tez bir zamanda təmin etmək mümkün deyil.

Qeyd dək ki, iyunun 23-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib ki,Rusiya nüvə mərmiləri daşıya bilən "F16" qırıcılarının Kiyevə göndərməsinə görəə Qərb ölkələrinə kəskin etirazını bildirib.

Ronald Reyqan  Ağ Evin keçmiş rəsmisi Pol Kreyq Roberts isə qeyd edib ki, ABŞ-ın Ukraynanı "F16" qırıcıları ilə təmin etmək qərarı dünyanı nüvə müharibəsinə yaxınlaşdırır.

O vurğulayıb edib ki, ABŞ-ın siyasəti planeti qlobal fəlakətə sürükləyə bilər.

Tunar Altunbay