BMT-nin baş katibi Rusiyaya çağırış etdi

 23:15 25.06.2023     272

BMT-nin baş katibi Antoniu Quterreş katibi Rusiyada gərginliyin qarşısını almağa çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

BMT-nin baş katibi “Vaqner”in qiyam cəhdi ilə bağlı vəziyyəti narahatlıqla izlədiyini bildirib.

"Baş katib Rusiya Federasiyasındakı hadisələri narahatlıqla izləyir", - açıqlamada deyilir.

Qeyd olunur ki, Quterreş gərginliyi azaltmaq üçün tədbirlərdən xəbərdardır.

BMT-nin baş katibi həmçinin bütün tərəfləri məsuliyyətli davranmağa və gərginliyin daha da artmasına yol verməməyə çağırıb.

Bundan əvvəl CBS telekanalı BMT-dəki mənbələrə istinadən Rusiyadakı vəziyyətin hələlik təşkilat səviyyəsində nəzərdən keçirilməyəcəyini bildirib. BMT baş katibinin ofisində deyilib ki, Təhlükəsizlik Şurasının bütün beş daimi üzvü, o cümlədən ABŞ və Rusiya tərəfindən baş verənlərlə məşğul olmayacaq.