XİN başçıları Rusiyadakı hadisələri müzakirə edəcəklər

 09:07 26.06.2023     204

Bu gün Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşünün əsas mövzusu Rusiyada qiyama cəhd hadisəsi olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksandr De Kroo bildirib.

Görüşdə, həmçinin Kiyevə yardımı məsələsi müzakirə ediləcək.

Bundan başqa, nazirlər İranda insan hüquqlarının pozulması səbəbindən bu ölkəyə qarşı növbəti sanksiya paketini təsdiqləmək niyyətindədirlər.