Pakistanda avtobuslar toqquşub,10 nəfər ölüb

 09:36 26.06.2023     183

Pakistanın cənubundakı Sind əyalətinin Nəvab Şah rayonunda iki sərnişin avtobusunun toqquşması nəticəsində azı 10 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Bu barədə Redaktor.az “Sinxua” agentliyinə istinadən xəbər verir.

Qeyd olunur ki, əks istiqamətdə hərəkət edən iki avtobus bir-birinə çırpılıb. Qəza nəticəsində onlarla insan xəsarət alıb.

Pakistan Xilasetmə Xidməti bildirib ki, bir neçə nəfər sıxılmış avtobuslarda qalıb və avtobusdan düşə bilməyiblər. Hadisə yerinə gələn xilasedicilər xəsarət alanları yerli xəstəxanalara çatdırıblar.

Ölənlər arasında qadınlar və uşaqlar da var.