Aİ İrana qarşı növbəti sanksiyalar paketini qəbul edib

 14:47 26.06.2023     249

Avropa İttifaqı (Aİ) İrana qarşı doqquzuncu sanksiyalar paketini elan edib.

Redaktor.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Qeyd olunub ki, buna səbəb İranda insan hüquqlarının pozulmasıdır.

Xatırladaq ki, Aİ İrana qarşı İnsan hüquqlarının pozulması ilə bağlı sonuncu dəfə bu ilin may ayında sanksiya tətbiq etmişdi.