Avropa ölkələri Ukraynaya silah tədarükü ilə bağlı yenə razılığa gəlmədi

 20:10 26.06.2023     274

Avropa İttifaqının xarici işlər nazirləri Kiyevə Avropa Sülh Fondundan 500 milyon avro məbləğində hərbi yardımın səkkizinci tranşının ayrılması ilə bağlı razılığa gələ bilməyiblər.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

“Yardımın səkkizinci tranşı hələ razılaşdırılmayıb, lakin mən onun təsdiqinə nail olmaq üçün bütün iştirakçılarla işləyəcəyəm. Müzakirəmizin yeganə nəticəsi aydındır: Ukraynanı həmişəkindən daha çox dəstəkləməyə davam edin. Bütün dəstəyi, ikiqat təchizat və təlimləri artırın, Ukrayna əks-hücumunu dəstəkləmək üçün hər şeyi edin”- deyə, o bildirib.