Misirdə dörd günə qədər pulsuz tranzit vizası almaq mümkün olacaq

 21:02 26.06.2023     310

Misirdə ölkədə dörd günə qədər pulsuz tranzit vizası almaq mümkün olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Egypt Air” hava şirkətinin Qahirədəki baş ofisində məlumat verilib.

Aviadaşıyıcının nümayəndəsinin sözlərinə görə, indi Misirə daxil olmaq üçün 8 saatdan 96 saata qədər tranzit vizası almaq mümkündür.

Qeyd olunub ki, əgər xarici vətəndaş belə bir viza almaq istəyirsə, Qahirə Beynəlxalq Hava Limanında gəldiyi aviaşirkətin tranzit ofisinə müraciət etməli və bu cür hallar üçün adi olan xüsusi sertifikat formasını doldurmalıdır. Formanı doldurmaq pulsuzdur.