Rusiyada zooparkda yanğın - Heyvanlar təxliyə edilir

 21:54 26.06.2023     247

Rusiyanın Rostov-na-Donu şəhərində yerləşən zooparkda yanğın olub. 

Bu barədə Redaktor.az TASS-a istinadən xəbər verir. 

Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb olunub. 

Yanğın 300 kv.m. ərazini əhatə edib.

Heyvanlar müəssisənin ərazisindən təxliyə edilir.