Ermənistan Türkiyə ilə sərhəd keçid məntəqəsinin təmirini başa çatdırır

 22:59 26.06.2023     291

Türkiyə ilə sərhəddə yerləşən Marqara keçid məntəqəsinin Ermənistana məxsus hissəsinin təmiri yaxın vaxtlarda başa çatacaq.

Redaktor.az erməni mediyasına istinadla bildirir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan deyib.

O qeyd edib ki, danışıqlar prosesi dayanmayıb və Türkiyənin xüsusi nümayəndəsi ilə təmaslar davam edir.