Bayden Qərbin Rusiyada üsyan cəhdində iştirak etmədiyini bildirdi

 22:46 26.06.2023     233

“Biz (ABŞ və Qərb - Qeyd) Rusiyada baş verən hadisələrdə iştirak etmədiyimizi açıq şəkildə bildirdik. Bizim bununla heç bir əlaqəmiz yox idi”.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Cozef Bayden Ağ Evdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ABŞ Rusiyada baş verən hadisələrə görə bir neçə ssenariyə hazır idi: “Bu, Rusiyanın daxili sisteminin mübarizəsinin bir hissəsi idi”.

Bayden bildirib ki, Vaşinqton, Rusiyada baş verən hadisələrdən asılı olmayaraq, Ukraynaya yardımlarını davam etdirəcək: “Bunu həftəsonu telefon danışığı zamanı Ukrayna prezidenti Volodimir Zelenskinin də diqqətinə çatdırmışam”.