Blinken bütün diplomatlara “Vaqner”lə bağlı şərh verməyi qadağan etdi

 08:56 27.06.2023     192

ABŞ dövlət katibi Entoni Blinken ölkənin bütün dünya üzrə xarici siyasət rəsmilərinə Rusiyada “Vaqner” Xüsusi Hərbi Şirkətinin döyüşçülərinin üsyanı ilə bağlı şərh verməyi qadağan edən təcili teleqram göndərib.

Redaktor.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Blinken Dövlət Departamentinin bütün əməkdaşlarına üsyan haqqında danışmağı və Rusiyadakı vəziyyəti hər kəslə müzakirə etməyi qadağan edib. Xarici hökumətlərin nümayəndələri Rusiyada baş verənlərlə bağlı rəsmilərdən soruşsalar, onlar yalnız ABŞ-ın vəziyyətə nəzarət etdiyini deməlidilər.

Məktubda həmçinin qeyd olunub ki, Blinken və onun əməkdaşlar arasında olan yaxın çevrəsi hadisələrin gedişini birbaşa izləyir.

Dövlət katibinin məktubunu alanlardan birinin nəşrə verdiyi məlumata görə, beləliklə, Vaşinqton əmin olmaq istəyirdi ki, heç bir amerikalı diplomat ABŞ-ın Rusiyadakı böhrana qarışması təəssüratı yarada biləcək bir şey deməsin.