Amerikalı milyarder ad günündə qəzada öldü

 11:21 27.06.2023     235

Amerikalı milyarder Ceyms Kraun Kolorado ştatında yarış yolunda qəzada dünyasını dəyişib. 

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, o öz doğum günündə 70 yaşında vəfat edib.  

Məlumata görə, “Henry Crown and Company” investisiya şirkətinin başçısı “Aspen Motorsports Park” şosesində idarəetməni itirərək yoldan çıxıb və təhlükəsizlik baryerinə çırpılıb.

“Ölümün rəsmi səbəbi ekspertizadan sonra müəyyən ediləcək, lakin məlumdur ki, o, çoxsaylı xəsarətlər alıb”, - nəşr Pitkin dairəsinin Məhkəmə-Tibbi Ekspertiza Ofisinin sözlərini sitat gətirir. 

Qeyd edək ki, sənaye maqnatı olan babası Henri Kraunun əsasını qoyduğu biznesin sahibi olması ilə yanaşı, Ceyms Kraun “JP Morgan Chase” bankının Direktorlar Şurasına daxil idi, həmçinin “Aspen Skiing Co”nun idarəedici tərəfdaşı idi. “Forbes”in qiymətləndirməsinə görə, Kraun ailəsinin sərvəti 10,2 milyard dollardır.

1985-ci ildən Paula Hannaueylə evli olmuş milyarderin dörd övladı var.