"Hərbçilər məni devirmək istəyirdilər" - Paşinyan

 12:15 27.06.2023     403

"Yüksək rütbəli hərbçilərin hərəkətsizliyi hakimiyyəti devirmək məqsədi daşıyırdı".

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə 44 günlük müharibənin araşdırılması üzrə komissiyanın iclasında deyib.

"2020-ci il müharibəsi zamanı qəsdən hərəkətsizlik versiyası baş verənlərdən sonra daha da güclənib. Üstəlik, cinayət işi və təqsirləndirilən şəxs var, amma heç bir izahat yoxdur", - baş nazir bildirib.

Paşinyan müharibədən sonra keçmiş baş qərargah rəisi Onik Qasparyanın hərbi çevriliş cəhdini də xatırladıb.