“Vaqner” hərbi texnikasını Rusiya ordusuna təhvil verir
“Vaqner” özəl hərbi şirkəti öz ağır hərbi texnikasını Rusiya Federasiyası Silahlı Qüvvələrinə təhvil verməyə hazırlaşır.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
“Hazırda “Vaqner”in ağır hərbi texnikasının silahlı qüvvələrin fəaliyyət göstərən bölmələrinə təhvil verilməsinə hazırlıq gedir”, – deyə nazirlikdən bildirilib.