Putin: Vətəndaş müharibəsinin qarşısını hərbçilər dayandırdı

 14:44 27.06.2023     368

Rusiya Prezidenti Vladimir Putin silahlı qiyamı dayandırmağa kömək edən hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları qarşısında çıxış edib.

Redaktor.az xəbər verir ki, Rusiya dövlət başçısı ilə Kremlin Sobornıy meydanında keçirilən görüşdə Daxili İşlər Nazirliyi, SOBR, OMON və digər qüvvələrin əməkdaşları iştirak edib.

Putin deyib ki, ölkə üçün çətin bir vaxtda Rusiya Federasiyasının hərbçiləri iğtişaşların qarşısını alıblar, hansı ki, bunun nəticəsi xaos olacaqdı: "Rusiya Federasiyasının hərbçiləri və hüquq-mühafizə orqanları faktiki olaraq vətəndaş müharibəsini dayandırdılar. Qiyam zamanı güc strukturları mühüm obyektlərin təhlükəsizliyini, hərbçilərin arxa cənhəsinin gücünü təmin edib. Qiyam zamanı təhlükəsizlik qüvvələrinin çevik və dəqiq işi mülki insanlar arasında itkilərin qarşısını almağa imkan verib".

Prezident qiyam zamanı həlak olan pilotların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini təklif edib, bildirib ki, pilotlar öz vəzifələrini şərəflə yerinə yetiriblər.

O qeyd edib ki, Rusiya Federasiyası xüsusi əməliyyat zonasından döyüş hissələrini çıxarmaq məcburiyyətində qalmayıb.

Putin onu da vurğulayıb ki, insanlar, ordu, xalq qiyamçıların yanında olmayıb.