Moldova MDB PA-dan çıxmaq prosesinə başladı
Moldova hökuməti ölkənin Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasından (MDB PA) çıxmaq prosesinə başlayıb.
Redaktor.az xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrosu TVR-Moldova telekanalına müsahibəsində bildirib.
Spikerin sözlərinə görə, ölkə artıq MDB PA tərkibindən çıxmaq proseduruna başlayıb və bir ay ərzində qərarın veriləcəyi gözlənilir:
“Təbii ki, biz bəzi hüquqi prosedurlara əməl etməli olacağıq. Qərar layihəsi hökumətə təqdim edilib, nəticəsini gözləyirik. Proses başlayıb və məsələ artıq müzakirə olunur. Qərar layihəsi yaxın vaxtlarda parlamentə Milli Məclisə təqdim olunacaq”, - deyə Qrosu bildirib.
“İstəyirik ki, mümkün qədər tez bir zamanda – cari parlament sessiyasının sonuna kimi MDB PA-nın yaradılması haqqında sazişin ləğvinə səs verək”, - Moldova parlamentinin rəhbəri əlavə edib.