"Ölkə necə olacaqdı, məlum deyildi..." - Putin "Vaqner"ın qiyamından danışdı
"Vaqner" qrupunun təchizatı tam dövlət tərəfindən təmin edilib".
Redaktor.az "apa"ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə hərbçilərlə görüşündə bildirib. Onun sözlərinə görə, 2022-ci ilin mayından 2023-cü ilin mayına qədər onun saxlanmasına 86 milyard rubl xərclənib.
"Biz Vaqner qrupunun döyüşçülərinə həmişə hörmətlə yanaşmışıq", deyə Putin vurğulayıb.
Rusiya prezidenti qeyd edib ki, həmişə və hər yerdə silahlı qiyamlardan sonra tam xaos və vətəndaş müharibəsi baş verir: “Rusiya hərbçiləri bunun qarşısını alıblar. Qiyam zamanı hərbçilər dinc əhali arasında itkilərin qarşısını almaq üçün çox ağır şəraitdə işləməli olublar. Rusiyanın düşmənləri qiyama görə yaranmış xaosdan mütləq istifadə etməyə çalışacaqdılar, lakin bunun qarşısı alındı. Ölkə necə olacaqdı, məlum deyil, amma hərbi əməliyyatların bütün nailiyyətləri itiriləcəkdi".
Putin vurğulayıb ki, silahlı qiyamın yatırılmasında Müdafiə Nazirliyinin hərbçilərinin xüsusi rolu olub.