"“Vaqner” Belarusda Rusiyanın nüvə silahlarını qorumayacaq" - Aleksandr Lukaşenko

 19:54 27.06.2023     340

“Vaqner” Belarusda Rusiyanın nüvə silahlarını qorumayacaq.

Redaktor.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

 

Onun sözlərinə görə, nüvə başlıqlarının əhəmiyyətli hissəsi artıq ölkəyə gətirilib.

"Vaqner" NATO-nun iyulda Vilnüsdə keçiriləcək sammitindən əvvəl təxribatlar təşkil etməyə hazırlaşmır. Əgər bizə təxribat lazım olsaydı, mənim qərb istiqamətində minlərlə hərbçim var. Sadəcə, əmr verin, onlar istənilən təxribatı təşkil edəcəklər. Amma bu, bizə lazım deyil", - deyə Belarus prezidenti vurğulayıb.

Lukaşenko, həmçinin qeyd edib ki, o, “Vaqner”çilərə tərk edilmiş hərbi hissələrdən birində onlarla nə edəcəklərinə qərar verənə qədər qalmağı təklif edib.