Hakan Fidan Quterreşlə Taxıl Sazişini müzakirə etdi

 20:33 27.06.2023     275

Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT-nin baş katibi Antoniu Quterreşlə telefon danışığı aparıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı İstanbul Taxıl Sazişi müzakirə olunub.

Eyni zamanda, Suriyaya humanitar yardımlar barədə fikir mübadiləsi aparılıb.