Çexiya Ukraynaya silah tədarükünü artırdı

 00:00 28.06.2023     385

Çexiya bu ilin əvvəlindən Ukraynaya silah tədarükünü artırıb.

Redaktor.az EFE agentliyinə istinadən xəbər verir ki, bunu Baş nazir Petr Fiala bildirib.

Yanvar-may ayları ərzində sovet istehsalı olan 24 modernləşdirilmiş "T72" tankı, 76 amfibiya piyada döyüş maşını, 645 tank əleyhinə raket və “Qvozdika” özüyeriyən silahlar üçün 57,3 min mərmi və “Dana” özüyeriyən texnika tədarük olunub.

Çexiya, həmçinin Ukraynaya 16 "Kub" hava hücumundan müdafiə sistemi də təhvil verib.