Bu ölkə Rusiya vətəndaşları üçün məhdudiyyətləri qüvvədə saxladı

 23:55 27.06.2023     237

Finlandiya Prezidenti Sauli Niinistö ilə hökumət yanında xarici siyasət və təhlükəsizlik siyasəti üzrə nazirlər komitəsi Rusiya vətəndaşlarının ölkəyə girişinə mövcud məhdudiyyətləri saxlamaq, eləcə də lazım gələrsə, onları sərtləşdirmək barədə razılıq əldə ediblər.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Finlandiya Nazirlər Kabineti məlumat yayıb.

Prezidentlə hökumət nümayəndələri arasında müzakirə mövzusu Rusiya vətəndaşlarının Finlandiyaya və bu ölkə vasitəsilə Şengen zonasının digər dövlətlərinə səfərləri olub.

Qeyd edək ki, Finlandiya 2022-ci ilin sentyabrında rusiyalı turistlərin ölkəyə girişinə məhdudiyyətlər tətbiq edib. Səyahət qadağası digər Avropa ölkələrinə tranzit səyahətlərə də aiddir.